Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Almaniya Federativ Respublikasına yola düşüb.
Baş nazir sosial şəbəkədəki səhifəsində təyyarədən video yayımlayaraq yazıb: “Viesbadenə uçuruq”.
Qeyd edək ki, səfər çərçivəsində Viesbadendə, Hessen federal torpaq parlamentində keçiriləcək təntənəli mərasim zamanı Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlmiş səylərinə görə Ermənistanın Baş nazirinə Hessen Sülh Mükafatı təqdim olunacaq.
Daha sonra Nikol Paşinyan Frankfurt Sənaye və Ticarət Palatasında yerli iş adamları ilə görüş keçirəcək.
Hüseyn İbadlı
Mənbə: publika.az