Rusiya və Çin ABŞ-nin İran qətnaməsinə veto qoydu

Rusiya və Çin ABŞ-nin İran qətnaməsinə veto qoydu

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında ABŞ-nin İranla bağlı hazırladığı qətnamə layihəsinə veto qoyub.

Layihə İran üzrə 1737 saylı Komitənin ekspertlər qrupunun mandatının 2027-ci ilin sentyabrınadək uzadılmasını nəzərdə tuturdu.

Şuranın 15 üzvündən 11-i sənədin lehinə səs verib, Somali və Pakistan isə bitərəf qalıb.


Mənbə: unikal.az