Moskvada Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev arasında görüş keçirilib. Görüşdə ikitərəfli gündəliyin bir sıra məsələləri müzakirə edilib, qarşıdakı təmasların qrafiki dəqiqləşdiriblər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
“17 iyul 2026-cı ildə Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirlərinin danışıqları zamanı əldə olunmuş razılaşmaların icrasına, o cümlədən tamformatlı mədəni dialoqun bərpasına və humanitar problemlərin həllinə xüsusi diqqət yetirilməklə ikitərəfli gündəliyin bir sıra aktual məsələləri müzakirə olunub. Qarşıdakı təmasların qrafiki dəqiqləşdirilib”, – deyə Rusiya XİN-dən bildirilib.
Görüşün konstruktiv atmosferdə keçdiyi qeyd edilib.
Mənbə: az.trend.az