Rusiya Prezidenti Vladimir Putin qarşıdan gələn Dövlət Duması seçkiləri münasibətilə Rusiya xalqına videomüraciət edəcək.
Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Onun sözlərinə görə, Putin 16 sentyabrda Moskva vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00) xalqa müraciət etməyi planlaşdırır. Kremlin sözçüsü əlavə məlumat verməkdən imtina edib.
Mənbə: unikal.az