Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüşməyi planlaşdırırlar.
Bu barədə "Azadlıq radiosu"na açıqlama verən Ararat Mirzoyan hələlik yekun razılaşmanın olmadığını və hər şeyin qrafiklərdən asılı olduğunu bildirib.
Xatırladaq ki, sentyabrın 8-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Baş Assambleyanın 81-ci sessiyası işə başlayıb. Sentyabrın 22-də isə dövlət və hökumət başçılarının çıxış edəcəyi Yüksək Səviyyə Həftəsi start götürəcək.
Mənbə: bizim.media