Səudiyyə Ərəbistanındakı bir aviabazaya hücum edildi

Səudiyyə Ərəbistanındakı bir aviabazaya hücum edildi

Husilər Səudiyyə Ərəbistanının cənubundakı Xamis Muşait şəhərində yerləşən Kral Xalid Hava Bazasına zərbə endirib.

Bu barədə husilərin hərbi sözçüsü Yəhya Saria “Əl-Məsirə” telekanalında məlumat verib.

“Biz Xamis Muşaitdəki Kral Xalid Hava Bazasına qarşı genişmiqyaslı hərbi əməliyyat həyata keçirdik. Zərbələr dəqiq oldu və ciddi ziyan vurdu”, - Hərəkatın sözçüsü bildirib.

Saria əlavə edib ki, hədəfə radarlar, təyyarə anqarları, sursat anbarları və uçuş-enmə zolaqları alınıb.

Onun sözlərinə görə, əməliyyatda onlarla raket və pilotsuz uçuş aparatı (PUA) istifadə olunub. Husilərin sözçüsü qeyd edib ki, bu zərbə Yəmənə edilən hücumlara cavab olaraq həyata keçirilib.

Mənbə: qafqazinfo.az