Ukrayna münaqişənin həlli bu məsələyə görə dalana dirənib - Kuşner AÇIQLADI

Ukrayna münaqişənin həlli bu məsələyə görə dalana dirənib - Kuşner AÇIQLADI

ABŞ Prezidentini xüsusi nümayəndəsi Cared Kuşnerin sözlərinə görə, ərazi məsələsi Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda ən mürəkkəb məsələ olaraq qalır. Onun sözlərinə görə, bu məsələdəki vəziyyət müəyyən dərəcədə döyüş meydanında baş verənlərlə müəyyən edilir.

Kuşner bu barədə Ukraynanın “Novosti.LIVE” nəşrində dərc olunmuş videoda bildirib. O deyib: "Əsas məsələ ərazilər olacaq... və tərəflərin mövqeləri hələ də fərqlidir".

Qeyd edək ki, Cared Kuşner və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkov sentyabrın 5-də Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Növbəti gün onlar Kiyevdə Vladimir Zelenski ilə müzakirə aparıblar.

Mənbə: publika.az