“Ukrayna kəmiyyət, keyfiyyət və qiymət baxımından dron texnologiyası sahəsində dünyada birincidir”.
Bu sözləri Ukrayn Prezidenti Volodimir Zelenski deyib.
“Biz dron sənayesini dörd il ərzində yaratdıq. Əvvəllər bu sahə demək olar ki, tamamilə dövlətin nəzarətində idi. Bu gün isə sektorun 80%-dən çoxunu özəl şirkətlər təşkil edir. Və görürsünüz ki, müharibə bütün mənfi cəhətləri ilə yanaşı, bu illər ərzində sənaye üçün müəyyən müsbət nəticələr də gətirdi”, - deyə o qeyd edib.
Mənbə: bizim.media