Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Rusiyanın Estoniyaya tammiqyaslı hücumunun real görünmədiyini bildirib.
O, bu barədə “The Wall Street Journal”a açıqlamasında danışıb.
“Vəziyyəti diqqətlə izləməli, real təxribatlara hazır olmalıyıq. Amma NATO-ya qarşı tammiqyaslı hərbi təcavüz? Rəqəmlər üst-üstə düşmür”, - deyə Tsahkna qeyd edib.
Bununla belə, nazir Rusiya hakimiyyətini Avropada müxtəlif hücumlar, təxribatlar və sabotajlar təşkil etməkdə ittiham edib. O bildirib ki, bunlarla yanaşı, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının NATO ölkələrinin hava məkanına daxil olması ilə bağlı insidentlər də Avropanı Kiyevə dəstəyi ikiqat artırmağa sövq etməlidir.
“İstənilən hücuma cavab verməliyik. Söhbət Rusiyaya gedib nəyisə partlatmaqdan getmir, sanksiyalar səviyyəsində cavab verməkdən gedir”, - Estoniya XİN rəhbəri deyib.
Qeyd edək ki, sentyabrın 8-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Moskvanın Avropaya qarşı hər hansı aqressiv planının olmadığını deyib.
Mənbə: publika.az