Ruslan Əlixanov vəzifəsindən azad edildi

Ruslan Əlixanov vəzifəsindən azad edildi

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanov vəzifəsindən azad olunub.

Bu barədə Azərbaycan Respublikasının Baş naziri və AİH-in Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən qərar qəbul olunub.

Bildirilib ki, AİH-in baş icraçı direktorunun vəzifəsinin icrası müvəqqəti olaraq baş icraçı direktorun müavini Dəyanət Sədullayevə həvalə olunub.

Qərardan irəli gələrək holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

Bizim.Media

Mənbə: bizim.media