İsrailin Təhlükəsizlik Kabineti ABŞ və İran arasında artan gərginlik fonunda İran məsələsini müzakirə etmək üçün toplanıb.
Bu barədə “Kan” telekanalı məlumat yayıb.
Bildirilib ki, iclas İsrail Baş naziri Benyamin Netanyahunun Tehrana yönəlik təhdidlərindən sonra keçirilib. Netanyahu İran rejiminin sonunun yaxınlaşdığını və bunu əsas vəzifələri hesab etdiklərini bildirib. İclasın nəticələri və müzakirə olunan məsələlərin detalları açıqlanmayıb.
Məlumata görə, ölkədə İrana qarşı hazırlıq səviyyəsi yüksək olaraq qalır. Hadisələrin İsrailin də iştirak edəcəyi İrana qarşı hərbi əməliyyata çevrilib-çevrilməyəcəyi isə hələlik məlum deyil.
Bununla yanaşı, İsrail ordusu “qəfil və çox cəbhəli müharibə ssenarisi” üzrə hərbi təlim keçirib. Təlim zamanı bütün ordunun səfərbər ediləcəyi və İsrail qüvvələrinin bütün cəbhələrdə müdafiə mövqeyinə keçəcəyi ssenarisi sınaqdan keçirilib.
Müəllif: Roza
Mənbə: publika.az