Putinlə Zelenskinin bu türk dövlətində görüşməsi müzakirə edilib - Kiyev açıqladı

Putinlə Zelenskinin bu türk dövlətində görüşməsi müzakirə edilib - Kiyev açıqladı

Ukrayna Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski arasında Qazaxıstanda görüşün keçirilməsi imkanını müzakirə edib.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bu barədə Qazaxıstanın "Ulysmedia" nəşrinə verdiyi müsahibədə bildirib.

"Zelenski ilə Putin arasında Qazaxıstanda görüş keçirmək imkanı müzakirə olunub. Biz inanırıq ki, Qazaxıstan belə bir rol oynaya bilər", - Ukrayna xarici işlər naziri deyib.

Onun sözlərinə görə, Kiyev Qazaxıstanın vasitəçilik missiyasını alqışlayır.

Müəllif: Tural

Mənbə: publika.az