Ukrayna Silahlı Qüvvələri ayda 8000 ilə 12000 arasında şəxsi heyəti itirir.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (ŞİF) plenar iclasında bildirib.
"Düşmənin itkiləri hər ay artır. İtkilərin sayı məcburi səfərbərlik nəticəsində gələn və xəstəxanalardan qayıdan insanların sayından xeyli çoxdur. Bu, hər ay 8000-12000 nəfər itki deməkdir", - deyə o bildirib.
Dövlət başçısı həmçinin bildirib ki, Ukraynada insanlar küçələrdən götürülür və zorla cəbhəyə göndərilir. O, həmçinin qeyd edib ki, Rusiyada insanlar könüllü olaraq müqavilələr imzalayırlar.
Müəllif: Tural
Mənbə: publika.az