Keçmiş Baş prokuror Təhlükəsizlik Komitəsinin sədri təyin edildi

Keçmiş Baş prokuror Təhlükəsizlik Komitəsinin sədri təyin edildi

Maksat Asanaliyev Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri təyin edilib.

Müvafiq fərman prezident Sadır Japarov tərəfindən imzalanıb.

Sentyabrın 2-də Joqorku Keneş Maksat Asanaliyevin Baş prokuror vəzifəsindən azad edilməsini və Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri təyin edilməsini yekdilliklə təsdiqləuyib. Məsələyə əvvəllər parlamentin Məhkəmə və Hüquqi Məsələlər, Hüquq-mühafizə, Cinayətkarlıqla Mübarizə və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən baxılmışdı.

Maksat Asanaliyev 30 iyunda Baş prokuror vəzifəsindən istefa verib. Daha sonra Malik Bekturqanov Baş Prokurorluq Aparatının rəhbəri vəzifəsini icra edən təyin edilib. Bu müddət ərzində Maksat Asanaliyev Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsini icra edib.

Mənbə: unikal.az