ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adının dəyişdirilməsini təklif edib.
O, ərazinin ABŞ-nin nəzarəti altında olduğunu və ona yeni bir ad verilə biləcəyini bildirib.
"İndi ABŞ-nin nəzarəti altında olduğu üçün Hörmüz boğazını Tramp boğazı ilə dəyişdirməməliyikmi? Amerikanın özü kimi, burada da əvvəlkindən daha isti olacaq!", - deyə Tramp sosial media platforması "TruthSocial"da yazıb.
ABŞ Prezidenti mesajını bu sözlərlə yekunlaşdırıb: "Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm".
Əvvəllər ABŞ prezidenti dəfələrlə Hörmüz boğazının xəritələrini dərc edərək onu "ABŞ ərazisi" adlandırıb.
Mənbə: unikal.az