“Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin görüşü iki ölkə arasında münasibətlərin inkişafına həsr olunmayıb”.
Globalinfo.az-a istinadən xəbər verilir ki, bunu “Güclü Ermənistan” fraksiyasının deputatı Edqar Qazaryan deyib.
Onun sözlərinə görə, Paşinyanın mövqeyi dəyişmədiyi təqdirdə Ermənistan-Rusiya əlaqələrinin inkişafından danışmaq mümkün deyil:
“Hazırda Rusiyanın Ermənistanda iki daimi hərbi mövcudluğu var. 102-ci hərbi bazası ilə yanaşı, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları da ölkədə fəaliyyət göstərir və onların fəaliyyəti Ermənistan-Rusiya arasında imzalanmış beynəlxalq müqavilə ilə tənzimlənir.
Ermənistanın Türkiyə ilə dövlət sərhədi haqqında ayrıca razılaşması olmadığı üçün rus qoşunlarının buradan çıxarılmasından sonra hüquqi baxımdan Ermənistan-Türkiyə sərhədi də aradan qalxacaq. Bu isə Türkiyənin hərbi mövcudluğu və sərhədin Ermənistan ərazisində dəyişdirilməsi baxımından son dərəcə böyük təhlükədir”.
Mənbə: www.bakupost.az