ABŞ-dən İrana yeni zərbə

ABŞ-dən İrana yeni zərbə

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranda İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus hədəflərə hücum başladığını açıqlayıb.

CENTCOM zərbələrin İranın Hörmüz boğazında ticarət gəmilərinə və bölgədəki ABŞ hərbçilərinə qarşı “hücum cəhdləri” ilə əlaqədar həyata keçirildiyini bildirib.
İran mediası isə ölkənin cənubundakı Qeşm adası, Bəndər-Abbas, Sirik, Çabahar və Konarek şəhərləri ətrafında partlayış səslərinin eşidildiyini yazıb.
Qeşm adası yaxınlığında 5-dən çox partlayış səsinin eşidildiyi bildirilib. Hadisə ilə bağlı İran tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Vüsalə Hüseynova

Mənbə: www.bakupost.az