Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüş Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclası çərçivəsində baş tutub.
Tərəflər Pakistan və Azərbaycan arasında mövcud olan güclü dostluq və qardaşlıq münasibətlərini bir daha təsdiqləyib, ikitərəfli tərəfdaşlığın daha da gücləndirilməsinə sadiq olduqlarını bildiriblər.
Görüşdə, həmçinin regional və beynəlxalq proseslər, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə: oxu.az