Pezeşkian: "ABŞ vəzifələrini icra etsə, İran da analoji addım atacaq"

Pezeşkian: "ABŞ vəzifələrini icra etsə, İran da analoji addım atacaq"
"ABŞ öz üzərinə düşən vəzifələrin icrasının yenidən həyata keçirəcəyi təqdirdə, İran tərəfi İslamabad memorandumunun tələblərinin icrasını davam etdirəcək".
TASS-a istinadən xəbər verilir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında çıxışı zamanı deyib.

"ABŞ-nin öhdəliklərini pozmasının İran tərəfindən mütənasib cavabla qarşılandığı aydındır. Bununla belə, tam qətiyyətlə bildirirəm: ABŞ qeyd olunan qarşılıqlı anlaşma memorandumu çərçivəsində öz öhdəliklərinin icrasına qayıtsa, İran da heç bir ləngimə olmadan analoji addım atacaq", - deyə Pezeşkian bildirib.

Ölkə prezidenti onu da əlavə edib ki, Birləşmiş Ştatlarla müqayisədə İran öz beynəlxalq müqavilə və öhdəliklərini yerinə yetirməkdə qüsursuz təcrübəyə sahibdir və daim beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq hərəkət edib.

Mənbə: oxu.az