Maduro həbsxanadan fotolarını paylaşıb, bunları yazdı - FOTO

Maduro həbsxanadan fotolarını paylaşıb, bunları yazdı - FOTO

Venesuelanın ABŞ-də həbsdə olan keçmiş Prezidenti Nikolas Maduro İnstaqram səhifəsində həbsxana fotolarını paylaşıb.

O, Venesuela xalqına ismarıc da yollayıb.

"Kiçik bir sevgi və ümid hədiyyəsi..

Bu şəkilləri bütün nəvələrimə, oğul və qızlarıma və bizi sevən bütün nəcib insanlara kiçik bir hədiyyə olaraq göndərirəm. Bilməyinizi istəyirəm: biz möhkəm dayanmışıq, qəlblərimiz sizin sevginizlə doludur - dua, həmrəylik və səmimi dəstək şəklində bizə gələn sevgi. Hər sözə, hər jestə, hər xeyir-duaya görə sizə sonsuz təşəkkür edirik.

Bu kiçik hədiyyədən sevinc və ümidlə həzz alın. Seliya və mən sizi qucaqlayırıq. Allah bizimlədir. Venesuela yenidən doğulacaq" - deyə Nikolas Maduro qeyd edib.


Mənbə: unikal.az