"Rusiya Estoniyaya hücum etməyəcək, amma ölkə istənilən ssenariyə hazırlaşmalıdır".
"Espresso" portalına istinadən xəbər verilir ki, bunu Estoniya Prezidenti Alar Karis bildirib.
O, ölkəsinin artıq bəzi proseslərə hazır olduğunu gizlətməyib: "Hər şey baş verə bilər. Amma biz istənilən ssenariyə hazır olmalıyıq. Bu hazırlıq olduqca vacibdir. Biz bu istiqamətdə çox iş görmüşük: yaxşı təlim keçmiş hərbi ehtiyatımız, eləcə də müdafiə ittifaqımız var".
Onun sözlərinə görə, zəif cəhətlərdən biri mülki əhalinin hazırlanmasıdır. Siyasətçi qeyd edib ki, ölkədə sığınacaqlar və digər zəruri şeylər yoxdur. O bildirib ki, bu baxımdan Estoniya Ukraynadan çox şey öyrənə bilər.
Müəllif: Tural
Mənbə: publika.az