İslandiyada Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqların bərpa olunması məsələsi üzrə ümumxalq referendumu keçirilir.
Səsvermə prosesi ölkənin Avropa inteqrasiyası istiqamətində növbəti addımlarını müəyyən etmək məqsədi daşıyır.
Aİ-yə üzvlük üçün rəsmi müraciət 2009-cu ilin iyulunda təqdim edilsə də, 2013-cü ildə danışıqlar dondurulmuş, 2015-ci ildə isə ölkə rəhbərliyi rəsmi olaraq İsladinyanın Aİ-yə namizəd statusunda nəzərdən keçirilməməsini xahiş etmişdi.
"Maskina" şirkətinin son sorğu nəticələrinə görə, vətəndaşların 51,3%-i Brüssel ilə dialoqun bərpasını dəstəkləyir, 48,7%-i isə bunun əleyhinə çıxış edir.
İslandiya XİN-in memorandumuna əsasən, referendumda "hə" cavabı qalib gələcəyi təqdirdə rəsmi məsləhətləşmələr 2026-cı ilin sonunadək başlaya bilər və bu prosesin 18 aydan 24 ayadək davam edəcəyi gözlənilir.
Mənbə: www.musavat.com