Xameneinin müraciəti yayıldı: Qətiyyətlə elan edirəm...

Xameneinin müraciəti yayıldı: Qətiyyətlə elan edirəm...

ABŞ və İsrailin hərbi hücumları və tətbiq etdiyi məhdudiyyətlərə rəğmən, İran sosial rifah məsələlərinə diqqət yetirməyə və bu istiqamətdə islahatları davam etdirməyə çalışır.

Bu barədə İranın Ali rəhbəri Müctəba Xameneinin Hökumət Həftəsi münasibətilə yayımladığı müraciətdə bildirilib.

Xamenei müraciətində sosial həmrəyliyin qorunmasının vacibliyini vurğulayıb: "Qətiyyətlə elan edirəm; sosial həmrəyliyin zərərinə olan hər hansı bir əməli törətmək qadağandır".

Müctəba Xameneinin müraciətindən sonra İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsində paylaşım edərək bütün tapşırıqların icra olunacağını və İslam Respublikasının inkişaf edəcəyini bildirib.

Mənbə: publika.az