ABŞ Geoloji Xidməti Ontario gölünün adını dəyişdi

ABŞ Geoloji Xidməti Ontario gölünün adını dəyişdi

ABŞ Geoloji Xidməti (USGS) tezliklə öz rəsmi sənədlərində Ontario gölünün adını Amerika gölü olaraq dəyişdirəcək.

Bu barədə Ağ Evin "X" hesabında USGS direktoru Ned Mamulanın məktubuna istinadən məlumat verilib.

"ABŞ Geoloji Xidməti özünün bütün rəsmi USGS elektron sənədlərində Ontario gölünün adını rəsmi olaraq Amerika gölü olaraq dəyişdirmək qərarı verib. Çap olunmuş sənədlərdə bu dəyişiklik yaxın bir neçə gün ərzində qüvvəyə minəcək", - deyə Ağ Ev bildirib.

Qeyd edilir ki, dəyişiklik Coğrafi Adlar Məlumat Sistemində (GNIS) rəsmi olaraq qüvvəyə minib.

Lakin GNIS xəritəsində təsvirin özündə Ontario gölü öz adını saxlayır. Amma sistemdə onu "Ontario gölü" kimi axtarmaq artıq mümkün deyil, bunun üçün axtarışa "Amerika gölü" sözünü yazmaq lazımdır.

Qeyd edək ki, daha əvvəl Prezident Donald Tramp ABŞ hökumətinin Ontario gölünün adını Amerika gölü olaraq dəyişdirəcəyini və bu qərarın dərhal qüvvəyə minəcəyini açıqlamışdı. Onun sözlərinə görə, bu cür ad dəyişdirmə üçün zəruri olan bütün sənədlər artıq doldurulub.

Mənbə: oxu.az