Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi

Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi

ABŞ prezidenti Donald Tramp ölkənin enerji sisteminin qorunması məqsədilə fövqəladə vəziyyət elan edib.

Bu barədə Ağ Evin saytında dərc olunan prezident fərmanında bildirilib.

Sənəddə qeyd olunur ki, enerji sistemində istifadə olunan elektrik avadanlıqlarının xaricdən tədarükü ABŞ-ın milli təhlükəsizliyi və iqtisadiyyatı üçün təhlükə yaradır. Bu səbəbdən ölkənin enerji sistemində istifadə olunan avadanlıqların təhlükəsizliyi, bütövlüyü və etibarlılığının qorunması üçün əlavə tədbirlərin görülməsi zəruri hesab edilib.

Fərmana əsasən, xarici dövlətin və ya vətəndaşının marağının olduğu müəyyən xarici istehsal elektrik avadanlıqlarının ABŞ-da alınması, idxalı, ötürülməsi və quraşdırılması qadağan edilir.

Müəllif: Adəm

Mənbə: publika.az