ABŞ İranı hansı üsulla çökdürəcək? - Ağ Ev hərəkətə keçir

ABŞ İranı hansı üsulla çökdürəcək? - Ağ Ev hərəkətə keçir

ABŞ tezliklə İran iqtisadiyyatına təzyiqi gücləndirməyə başlayacaq.

Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott panərəb “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton bu münaqişə nəticəsində yaranmış “boz zonada” “hər hansı strukturların” fəaliyyətini davam etdirməsinə imkan verməyəcək. ABŞ hakimiyyəti yaxın vaxtlarda konkret tədbirlər görəcək. Bu tədbirlər maliyyə naziri Skott Bessentin verdiyi xəbərdarlıqdan sonra həyata keçiriləcək.

Piqott qeyd edib ki, ABŞ Maliyyə Nazirliyi İran hakimiyyətinə maliyyə problemlərinin həllində bu və ya digər şəkildə kömək edən bütün strukturları müəyyənləşdirib. O xəbərdarlıq edib ki, Amerika hökuməti İslam Respublikasının maliyyələşmə mənbələrini tamamilə aradan qaldırmaq üçün tədbirlər görəcək.

Avqustun 24-də ABŞ maliyyə naziri bildirib ki, ABŞ İranın və İslam İnqilabı Keşikçiləri Korpusunun maliyyələşmə mənbələrinin hər birini bloklamaq niyyətindədir.

Mənbə: publika.az