“Ermənistanı həmin təşkilatdan çıxarsalar məmnun olaram”

“Ermənistanı həmin təşkilatdan çıxarsalar məmnun olaram”

“Ermənistanın KTMT-yə qayıtmaq və yaxud təşkilat çərçivəsində fəaliyyətini bərpa etmək planları yoxdur”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadə xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2026-2031-ci illər üzrə proqramını təqdim edərkən bildirib.

“Əminliklə deyə bilərəm ki, KTMT-də işi bərpa etməyəcəyik. Bilirəm ki, təşkilatda bu məsələ müzakirə olunur və nizamnamə ölkənin təşkilatdan xaric edilməsini nəzərdə tutur. Təşkilat Ermənistanı KTMT-nin tərkibindən çıxarmağa qərar versə məmnun olaram”, - deyə Paşinyan söyləyib.

Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurduğunu bəyan edib. İrəvan bu zaman təşkilatı 2021-2022-ci illərdə Ermənistana qarşı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

Mənbə: qafqazinfo.az