Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə mətbuata bəyanatında Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi rolunu qeyd edib.
dövlətimizin başçısı bununla bağlı deyib: "Bir daha Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiyaların cəlb olunmasında xüsusi rolunu qeyd etmək istərdim.
İlk yardım Özbəkistan tərəfindən göstərilib: Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi, Xankəndidə tikiş fabrikinə investisiyanın qoyulması. İlk iri sənaye müəssisəsi də yenə Özbəkistanla bağlıdır".
Mənbə: oxu.az