BŞ-nin vitse-prezidenti seçilmiş Ceyms Devid Vens doğma şəhəri Middltaunda yerləşən bir çörək sexinə baş çəkərkən Vaşinqtonda kifayət qədər un məmulatları yemədiyini etiraf edib.
Onun sözlərini “RİA Novosti” agentliyi yayıb.
“Bu gün yerli çörək sexinə baş çəkdim, şəhərdə olduğum üçün mütləq bir donat yeməliydim. Satış edən xanımlar xeyli arıqladığımı görüb nə baş verdiyini soruşdular. Mən də onlara dedim ki, məsələnin kökü əslində Vaşinqtondakı bişirmə prosesinə gedib çıxır”, – deyə siyasətçi bildirib.
Mənbə: qafqazinfo.az