Avqustun 24-də Ukraynaya gələcək yardımların müzakirə edilməsi məqsədilə "könüllülər koalisiyası"nın iclası keçiriləcək və tədbirdə quruma üzv olan ölkələrin rəhbərləri iştirak edəcəklər.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, koalisiyaya daxil olan dövlət başçılarının görüşü məhz avqustun 24-nə - Ukraynanın Müstəqillik Gününə təsadüf edəcək.
Hazırkı mərhələdə toplantının formatı və müzakirə olunacaq gündəlik barədə təfərrüat açıqlanmır. Bununla belə, məlumdur ki, NATO-nu görüşdə baş katibin müavini Radmila Şekerinska təmsil edəcək. O, tədbirə onlayn şəkildə, video-formatda qoşulacaq.
Həmçinin bildirilir ki, iclasa Böyük Britaniyanın Baş naziri Endi Börnhem, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts həmsədrlik edəcəklər.
Mənbə: oxu.az