Tramp Omanı hədələdi

Tramp Omanı hədələdi

ABŞ Prezidenti Donald Tramp Oman sultanlığının İranla münaqişənin nizamlanmasına mane olacağı təqdirdə Vaşinqtonun bu ölkəyə zərbə endirə biləcəyini bildirib.

Tramp bunu “Fox News” telekanalına müsahibəsində deyib.

“Əgər Oman yolumuza çıxarsa, onları darmadağın edəcəyik”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp həmçinin administrasiyasının İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə qeyri-rəsmi əlaqə kanalının olduğunu təsdiqləyib.

ABŞ lideri bununla yanaşı, İranla münaqişənin tezliklə başa çatdırılmasına çalışmadığını və onun sona çatması üçün konkret müddət müəyyənləşdirmədiyini bildirib.

Tramp SEPAH haqqında danışarkən “Onlar pokerdə yaxşı oyunçulardır, amma ölürlər” ifadəsini işlədib.

Mövsüm

Mənbə: www.aznews.az