Müdafiə nazirinin müavini-Baş direktor Aqil Qurbanovun doğum günüdür.
Nazir müavini bu gün 40 yaşını qeyd edir.
Müdafiə nazirinin ən gənc müavini 1986-cı il avqustun 15-də Bakıda doğulub.
O, hərbi təhsilli zabit deyil, karyerasının böyük hissəsi maliyyə, investisiya və korporativ idarəetmə sahələri ilə bağlı olub.
Prezidentin Sərəncamı ilə Aqil Qurbanov 2022-ci ilin sonlarında müdafiə nazirinin müavini, bir il sonra isə müdafiə nazirinin müavini-Baş direktor vəzifəsinə təyin edilib.
Təyinatı orduda idarəetmə və təchizat sahəsində aparılan islahatlarla eyni dövrə təsadüf etdiyindən Aqil Qurbanov Müdafiə Nazirliyindəki struktur dəyişikliklərinin simalarından biri kimi qiymətləndirilir.
Onun fəaliyyəti ən yüksək səviyyədə qiymətləndirilib. Ötən il Prezidentin Sərəncamı ilə A.Qurbanov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Ötən ay isə müdafiə naziri tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə mükafatlandırılıb.
Aqil Qurbanov ailəlidir, 2 övladı var.

Mənbə: qafqazinfo.az