ABŞ dövlət katibi Marko Rubio 55 illik yubileyi münasibətilə Ağ Evdən qeyri-adi, bir o qədər də maraqlı hədiyyə alıb.
Xarici mətbuata istinadən xəbər verilir ki, Rubio hədiyyə olaraq özünün təsvir olunduğu 68 fotodan ibarət qızılı çərçivəli kollaj alıb.
Qeyd olunur ki, çərçivənin əsasını 28 fevral 2025-ci ildə Oval Ofisdə keçirilən görüşdən bir fotoşəkil təşkil edib. Həmin gün ABŞ prezidenti Donald Tramp və ABŞ vitse-prezidenti C.D. Vens Ukrayna lideri Volodimir Zelenskini tənqid ediblər. Rubio söhbət zamanı divanda hərəkətsiz oturub, söhbətdə iştirak etməyib.
Siyasətçi özü daha sonra "Fox News"a verdiyi müsahibədə mebelin spesifik xüsusiyyətlərinə görə kadrın uğursuz olduğunu etiraf etdi.
"Bu divanda arxanızda yastıq yoxdursa, sanki içinizə girirsiniz. Bu fotoya baxdım və düşündüm ki, "Bu, dəhşətdir",- o ifadə edib.
Dövlət katibinin ilkin reaksiyasına baxmayaraq, internetdə siyasətçinin müxtəlif obrazlarda - "Kiss" rok qrupunun üzvündən tutmuş samuraya qədər - təsvir olunduğu şəkillər yayılmağa başlayıb. Sözügedən kadrlar toplanılaraq çərçivələşdirilib və Rubioya ad günü hədiyyə kimi təqdim olunub.
Gülayə Mecid
Mənbə: unikal.az