ABŞ prezidenti Donald Tramp və Ağ Evin bir sıra rəsmiləri “Truth Social” platformasındakı paylaşımlara erkən giriş imkanının satılması ilə bağlı məhkəməyə verilib.
“The Intercept Media” və “Freedom of the Press Foundation” Nyu-York Cənub Dairə Məhkəməsinə müraciət edib.
İddia ərizəsində Trampın böyük səhmdarı olduğu platformada rəsmi açıqlamalara daha sürətli giriş üçün istifadəçilərdən aylıq 100 min dollara qədər ödəniş tələb edildiyi bildirilib.
İddiaçılar bu tətbiqin korrupsiyaya meyilli və Konstitusiyaya zidd olduğunu, həmçinin jurnalistlərin xəbərlərə çıxışını məhdudlaşdırdığını vurğulayıblar.
Onlar rəsmi hökumət açıqlamalarının yalnız ödənişli platforma vasitəsilə əldə edilməsinin dayandırılmasını tələb edirlər.
Şirkət isə daha əvvəl maliyyə qurumları üçün “Truth Social” paylaşımlarına real vaxt rejimində çıxış imkanı verən “Truth API” xidmətini elan etmişdi.
Mənbə: publika.az