İsveç son onilliklərin ən böyük hərbi çağırışına başlayıb. 2026–2027-ci illərdə 9 mindən çox gənc qız və oğlan hərbi xidmətə göndəriləcək.
Reuters-in məlumatına görə, ilk yüzlərlə çağırışçı artıq Stokholm yaxınlığındakı hərbi bazaya gəlib.
İsveç hazırda ordusunu genişləndirir və ölkənin müdafiə qabiliyyətini gücləndirir. Rekord sayda gəncin hərbi xidmətə cəlb edilməsi Avropada Rusiya ilə bağlı təhlükəsizlik narahatlıqlarının artdığı bir vaxta təsadüf edir.
Avropa ölkələri Rusiya ilə NATO arasında mümkün qarşıdurma risklərini nəzərə alaraq hərbi hazırlığı gücləndirirlər. Xüsusilə NATO-nun şərq və şimal cinahlarında müdafiə imkanlarının artırılmasına ciddi diqqət ayrılır.
Bundan əvvəl ABŞ kəşfiyyatının qiymətləndirmələrinə istinad edən amerikalı rəsmilər Rusiya Prezidenti Vladimir Putinin NATO-nun şərq cinahında təxribatçı addımlara daha çox meyllənə biləcəyi barədə xəbərdarlıq etmişdilər. Söhbət hibrid əməliyyatlardan, kiberhücumlardan və genişmiqyaslı hərbi kampaniya həddinə çatmayan digər addımlardan gedirdi.
Bu təhlükəsizlik fonunda İsveç də ordunun şəxsi heyətini artırır. 2026–2027-ci illərdə 9 mindən çox oğlan və qızın hərbi xidmətə göndərilməsi ölkədə son onilliklərin ən yüksək göstəricisidir.
Mənbə: musavat.com