İran Xəzər dənizi Konvensiyası üzrə toplantıya ev sahibliyi edəcək - FOTO

İran Xəzər dənizi Konvensiyası üzrə toplantıya ev sahibliyi edəcək - FOTO
Tehran sentyabrın 23-də Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın iştirakçı dövlətlərinin toplantısına ev sahibliyi edəcək. İclasa Xəzəryanı beş ölkənin yüksəksəviyyəli rəsmiləri qatılacaqlar.

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi məlumat verib.

Qəribabadi qeyd edib ki, İran və digər Xəzəryanı ölkələr sahilyanı olmayan dövlətlərin hərbi qüvvələrinin Xəzər dənizinə daxil olmasına qarşıdır və bölgənin təhlükəsizliyinin beş sahilyanı ölkə tərəfindən təmin edilməli olduğunu düşünürlər.

O, Xəzər dənizində suyun səviyyəsinin azalması, çirklənmə və ekosistemin zəifləməsinin balıqçılıq, gəmiçilik, limanlar və digər infrastrukturlar üçün təhlükə yaratdığını qeyd edib.

Qəribabadi Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiyası və qüvvəyə minməsinin yeraltı sərvətlərin delimitasiyasına təsir göstərməyəcəyini də vurğulayıb.

Mənbə: oxu.az