Tramp İnfantinonun müdafiəsinə qalxdı

Tramp İnfantinonun müdafiəsinə qalxdı

Canni İnfantinonun yerinə başqasının Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidenti təyin edilməsi səhv olardı.

Bu fikri ABŞ prezidenti Donald Tramp Truth Social-da yazıb:

"Əgər FİFA hər hansı bir səbəbdən prezidenti Canni İnfantinonu əvəz etməyi düşünsəydi, dəhşətli bir səhv edərdi.

O, əladır. O, əvvəlkilərdən dörd dəfə daha uğurlu olan Dünya Kubokuna rəhbərlik edib".

Tramp gələcək Dünya Kuboklarına toxunaraq vurğulayıb: "Əgər o getsə, bu, bir daha heç vaxt uğurlu və ya gəlirli olmayacaq".

İyulun sonlarında New York Post qəzeti Trampın İnfantinonun BMT-nin növbəti Baş katibi olmasını istədiyini bildirib. Nəşr qeyd edib ki, İnfantinonun ABŞ, Meksika və Kanadada keçirilən 2026-cı il Dünya Kuboku zamanı Amerika liderinə yaxınlaşması baş verib.

Avqustun əvvəlində eyni nəşr İnfantinonun vəzifəsini saxlamaq üçün Vaşinqton administrasiyasından dəstək istədiyini bildirib. Məqalədə iddia olunurdu ki, FİFA prezidenti qalmaqal zamanı dəfələrlə Trampla telefonla əlaqə saxlamağa cəhd edib. İnfantino Dünya Kuboku hüquqlarındakı payını özəl investorlara satmağı təklif etdikdən sonra tənqid atəşinə tutulub. Daha sonra o, bu ideyadan imtina edib.

Musavat.com

Mənbə: musavat.com