“Müctəba Xameneinin səhhəti yaxşıdır”.
“Fars”a istinadən xəbər verilir ki, bunu İran Prezidenti Məsud Pezeşkian siyasi partiya liderləri ilə görüşündə deyib.
O, bir gün əvvəl Xamenei ilə keçirdiyi görüş barədə danışıb. Prezident görüşün məhsuldar keçdiyini bildirib: “Hər şey barədə danışdıq. Onun səhhəti yaxşıdır. Bizimlə yeddi saat danışan birinin səhhətində problem olması gözlənilmir”.
İran Prezidenti görüş zamanı Xamenei ilə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını və onun tövsiyələrini dinlədiklərini qeyd edib.
Mənbə: qafqazinfo.az