İranın xarici işlər naziri Abbas Əraqçi və parlamentin sədri Məhəmməd Baqer Qalibaf Pakistana səfərə dəvət olunublar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İran XİN-in rəsmi nümayəndəsi Esmail Baqai açıqlayıb.
Onun sözlərinə görə, bu səfər həyata keçiriləcək və iranlı rəsmilər uyğun zamanda İslamabada yollanacaqlar.
Mənbə: qafqazinfo.az