Danışıqları şahmat oyununa bənzətdi

Danışıqları şahmat oyununa bənzətdi

Tehranın ciddi iqtisadi problemləri səbəbindən ABŞ İranla "başdansovdu sürətlə" danışıqlar aparır.

Bunu ABŞ Prezidenti Donald Tramp "Axios"a verdiyi müsahibədə deyib.

"Biz sadəcə İranı izləyirik, burada böyük inflyasiya var və demək olar ki, pul yoxdur", - deyə Tramp qeyd edib.

O, Vaşinqtonun "səssiz" hərəkət etdiyini və Amerikanın dəniz blokadasının iqtisadi böhranı daha da ağırlaşdırdığını iddia edib.

Tramp, həmçinin, İranla danışıqları şahmat oyunu kimi xarakterizə edib.


Mənbə: unikal.az