Yaponiyada Naqasakiyə atom hücumunun qurbanları bir dəqiqəlik sükutla yad edilib

Yaponiyada Naqasakiyə atom hücumunun qurbanları bir dəqiqəlik sükutla yad edilib

Yaponiya sakinləri 81 il əvvəl ABŞ tərəfindən Naqasakiyə atılan atom bombasının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ənənəvi olaraq, yerli vaxtla saat 11:02-də bir dəqiqəlik sükut elan edilib. Məhz 1945-ci il avqustun 9-da həmin vaxt ABŞ Hərbi Hava Qüvvələrinin B-29 strateji bombardmançı təyyarəsindən atılan “Fat Man” (“Kök adam”) atom bombasının partlayışı Naqasaki üzərində baş verib.

Hazırda keçirilən anım mərasimində şəhərin meri Şiro Suzuki sülh deklarasiyasını oxuyacaq, daha sonra Yaponiyanın Baş naziri Sanae Takaichi çıxış edəcək.

Mənbə: az.trend.az