Xeyli pul verib Vardanyanın dostu olan məşhur yazıçını Azərbaycana dəvət edən kimdir? - FOTOFAKT

Xeyli pul verib Vardanyanın dostu olan məşhur yazıçını Azərbaycana dəvət edən kimdir? - FOTOFAKT

Dünyaca məşhur filosof və yazıçı, “Qara qu” kitabının müəllifi Nassim Taleb separatçı Ruben Vardanyanın Bakı həbsxanasında saxlanılması səbəbindən Azərbaycanda mühazirə oxumaqdan imtina edib.

Bu barədə yazıçı özü “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, imtinasından sonra təşkilatçılar təklif olunan qonorarı əhəmiyyətli dərəcədə artırıblar, lakin bu, onun qərarına təsir etməyib.

"Onlar mənim etik prinsiplərimi səhv başa düşüblər, daha yüksək məbləğin fərq yaradacağını düşünürdülər. Ruben Vardanyan orada həbsdə olduğu müddətdə mən Azərbaycana ayaq basmayacam", - Taleb yazıb.

Sual yaranır, terrorçu Vardanyanla yaxınlığı hər kəsə məlum olan yazıçını bir ətək pul verib Azərbaycana dəvət edən kimdir? Bu düşünülməmiş addım ölkənin maraqların vurulan ağır zərbədir. İndi ermənipərəst yazıçı bu dəvətdən Azərbaycan əleyhinə istifadə edir, Vardanyanın həbsini qabardır.

Ümid edirik ki, bu düşünülməmiş addamı atan, Azərbaycanın marağına böyük zərbə vuran şəxsin kimliyi bəlli olacaq.

Müəllif: Tural

Mənbə: publika.az