Rusiya Prezidenti Vladimir Putin desantçıları Hava-Desant Qüvvələri Günü münasibətilə təbrik edib.
Publika. az xəbər verir ki, Rusiya dövlət başçısının bununla bağlı müraciəti Kremlin saytında dərc edilib. O, desant qüvvələrinin xüsusi hərbi əməliyyat (SVO)( Rusiyanın Ukraynada başlatdığı müharibəyə verdiyi ad-red.) zamanı göstərdikləri qətiyyətli və bacarıqlı fəaliyyətlərini yüksək qiymətləndirib.
"Bu gün döyüş yoldaşları ilə çiyin-çiyinə dayanıb xüsusi hərbi əməliyyat zamanı Rusiyanı müdafiə edən, cəbhənin ən vacib nöqtələrində qəhrəmanlıq və cəsarət nümayiş etdirən desantçıların bacarıqlı və qətiyyətli fəaliyyətlərini xüsusilə təqdir etmək istərdim", - deyə Putin vurğulayıb.
Prezident əmin olduğunu bildirib ki, Rusiya desantçıları onlara həvalə olunmuş tapşırıqları ləyaqətlə yerinə yetirməyə və ölkənin müdafiə qabiliyyətinin, suverenliyinin, milli təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfələr verəcəklər.
Müəllif: Tural
Mənbə: publika.az