Trampın 5 milyon dollarlıq "qızıl" at heykəlləri mübahisə yaratdı - FOTO

Trampın 5 milyon dollarlıq "qızıl" at heykəlləri mübahisə yaratdı -

Vaşinqtonda Linkoln Memorialı yaxınlığında yerləşən "Müharibə sənəti" və "Sülh sənəti" abidələrinin bərpa olunmuş bürünc atlı heykəlləri təqdim edilib.

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə həyata keçirilən və təxminən 5 milyon dollara başa gələn layihə çərçivəsində dörd heykəl 23,75 əyarlı qızıl yarpaqla örtülüb.

Yenilənmiş abidələr cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri layihəni dəbdəbəli və israf hesab etsə də, turistlərin əksəriyyəti heykəllərin yeni görünüşünü bəyəndiklərini bildiriblər.




Mənbə: bizim.media