Peskov Rusiyanın İrana kömək etdiyi iddialarını şərh etmədi

Peskov Rusiyanın İrana kömək etdiyi iddialarını şərh etmədi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın İranın Yaxın Şərqdə ABŞ hədəflərinə qarşı hücumlarına dəstək verdiyi barədə yayılan məlumatlara münasibət bildirməkdən yayınıb.

Bu barədə TASS məlumat yayıb.

Peskov bildirib ki, Rusiyanın İrana ABŞ hədəflərinə zərbələr endirmək üçün texnologiya və kəşfiyyat məlumatları ilə yardım göstərməsi ilə bağlı iddialar şərh ediləcək məsələ deyil.

O, ABŞ kəşfiyyatının bu istiqamətdə irəli sürdüyü şübhələr barədə açıqlama verməyib.

Müəllif: Malik Məlikov

Mənbə: news.milli.az