İranın endirdiyi zərbələr nəticəsində Küveytin bir neçə enerji və su infrastrukturu obyekti zədələnib.
Bu barədə ölkənin Elektrik Enerji, Su Resursları və Bərpa Olunan Enerji Nazirliyinə istinadən "The Times Kuwait" portalı məlumat yayıb.
Qeyd olunur ki, hücumlar nəticəsində bir neçə obyektdə yanğın baş verib. Yanğınlar tamamilə söndürülüb. İranın zərbələri nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.
İyulun 21-də İranın IRNA informasiya agentliyi ölkənin mətbuat xidmətinə istinadən xəbər verib ki, Küveytdəki ABŞ-yə məxsus "Əhməd əl-Cabir" aviasiya bazasına endirilən zərbələr zamanı uzaqmənzilli radar obyekti, peyk rabitəsi və qəbulu mərkəzi, raketdən müdafiə radarı və "MQ9" pilotsuz uçuş aparatlarının anqarı məhv edilib.
Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi obyektlərinə bir neçə mərhələdə pilotsuz uçuş aparatları və raketlərlə silsilə zərbələr endirdiyini bəyan etmişdi.
Mənbə: bizim.media