Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı

Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı

Bu gün Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzalayıblar.

Tədbirdə həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb.

Mənbə: qafqazinfo.az