“Mən Müdafiə Nazirliyi ilə deyil, Rusiya ilə mübarizə aparıram” Sırski:

“Mən Müdafiə Nazirliyi ilə deyil, Rusiya ilə mübarizə aparıram”

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Müdafiə Nazirliyi ilə qarşıdurma barədə yayılan iddialara münasibət bildirib.

O, siyasi ambisiyalarının olmadığını vurğulayaraq, əsas məqsədinin Rusiya ilə mübarizə olduğunu deyib.

Sırski pilotsuz sistemlərin inkişafını dəstəklədiyini, orduda kadr seçimində əsas meyarın səmərəlilik olduğunu qeyd edib.

Baş komandanın sözlərinə görə, hərbçilərin maaşları üçün ayrılmış vəsaitin bir hissəsi pilotsuz uçuş aparatlarının alınmasına yönəldildiyi üçün ilin ikinci yarısında ödənişlərin maliyyələşdirilməsi ilə bağlı problem yaranıb.

Bizim.Media

Mənbə: bizim.media