Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edildi

Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edildi

Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edilib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyulun 19-u və 20-də Moskvada havanın temperaturu 30 dərəcəyə çata bilər.

Nazirlik paytaxt sakinlərini və şəhərin qonaqlarını kölgədə qalmağa, təbii parçalardan hazırlanmış geyimlər və baş örtüklərindən istifadə etməyə və bol maye qəbul etməyə çağırıb.

Bizim.Media

Mənbə: bizim.media