Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfər çərçivəsində Moskvada “Naməlum əsgər” məzarını ziyarət edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında bildirilib.
Nümayəndə heyəti “Naməlum əsgər” məzarının önünə əklil qoyub.
Mənbə: www.bakupost.az